Bərdədə yol kənarına atılan yeni doğulmuş körpə ölüb
08
fev
2018
12:39
Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb."Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan bildirib ki, aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda faciə: boğazında qoz qalan 7 aylıq körpə öldü
Sabirabad rayonunda boğazında qoz qalan yeddi aylıq körpə ölüb."Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndində baş verib. Belə ki, həm...