Körpə qaynar su ilə dolu qazana düşərək yanıb
14
sen
2017
13:30
Biləsuvar rayonunda körpə qaynar su ilə dolu qazana düşərək yanıb.BAKU.WS xəbər verir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini yaşyarımlıq Lilay Suliddin qızı Zeynalova qaynar su ilə dolu qazana düşərək yanıq xəsarətləri alıb.Körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, körpəyə ilkin tiobbi yardım göstərilib və vəziyyəti ağırdır.Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda inanılmaz olay: əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı
Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib.Belə...