Azərbaycanda polis qəzaya düşdü, maşını yandı

Azərbaycanda polis qəzaya düşdü, maşını yandı
Hadisə 1419

 

Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini Ceyhun Süleymanovun idarə etdiyi VAZ-21099 markalı avtomobil Daşkəsən rayon sakini Fidayıl Ələsgərovun idarə etdiyi "Niva” markalı avtomobillə toqquşub.

Qəzadan sonra "Niva” markalı avtomaşın yanıb.

Hadisə nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, "Niva” markalı avtomaşının sürücüsü Fidayıl Ələsgərov polis əməkdaşıdır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda polis əməkdaşları qəzaya düşdü

Bakıda polis əməkdaşları qəzaya düşdü

Bakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb. BAKU.WS report-a istinadən bildirir ki, Qaradağ rayonunun Müşviqabad qəsəbəsində 1987-ci il təvəllüd...

1443 Hadisə 18:04 16 may 2016

Son xəbərlər