Azərbaycanda nişan yasa çevrildi: 5 ölü, 5 yaralı (VİDEO)

Azərbaycanda nişan yasa çevrildi: 5 ölü, 5 yaralı (VİDEO)
Video
Hadisə 4284

Ağdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanının önündə hərəkət edən "Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra arxadan gələn "VAZ-21015" markalı avtomobil onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfər də yaralanıb və vəziyyətləri olduqca ağırdır. Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке BAKU.WS

Oxşar xəbərlər

BMW parça-parça oldu, azərbaycanlı yaralandı (FOTO)

BMW parça-parça oldu, azərbaycanlı yaralandı (FOTO)

Bu gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib. Xəsarət...

1551 Hadisə 14:36 27 yanvar 2016

Son xəbərlər