​Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü

​Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü
Hadisə 1197

Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Report-a istinadən bildirir ki, Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi "Mercedes B-Klass" markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi "Kia-Optima" markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər