Uşaqların döyüldüyü bağça qanunsuz fəaliyyət göstərib - BAĞLANDI
11
iyn
2018
21:25
Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub.BAKU.WS-in məlumatına görə, RİH nümayəndələri uşaq bağçasında baş vermiş zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.“Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova APA TV-nin əməkdaşı ilə söhbətində bildirib ki, tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb. Onun sözlərinə görə, bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi işdən uzaqlaşdırılıb.Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan N. Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.O əlavə edib ki, görüntüləri bağçanın qəbul şöbəsində çalışmış xanım yayıb.İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, 2015-ci ilin noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyatı dövlət qurumları ilə razılaşdırılmaqla “ASAN xidmət” mərkəzlərində lisenziyalar verilir.Bu müddət ərzində “Kids studio” uşaq bağçasına bu fəaliyyət üçün lisenziya qeydə alınmayıb.Bu gün mətbuatda Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən sonuncu dəfə 2015-ci ilin yanvar ayının 1-dən oktyabr ayının 20-dək 16 məktəbəqədər təhsil müəssisələrinə lisenziya verilib. Bu müddətədək Nazirliyin lisenziya verdiyi uşaq bağçalarının siyahısında “Kids studio”nun adı yoxdur.BAKU.WS
Oxşar xəbərlər
“Kids Studio”: Müəllim uşağı döyməyib, sadəcə silkələyib -VİDEO
Bakıda uşaq bağçasında biabırçı görüntülər yayılıb.BAKU.WS xəbər verir ki, “Kids Studio” uşaqlara işgəncə verilməsilə bağlı video yayılıb.Bu hadisədən sonra bağ...