Bakıda bağça müdiri 75 nəfəri aldadıb – VİDEO

Bakıda bağça müdiri 75 nəfəri aldadıb – VİDEO
Video
Hadisə 2587
Bakıda Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən ”Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadıb, pullarını mənimsəyib. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, zərərçəkmişlərin sözlərinə görə, təxminən 5-6 aydır ki, özünü bağçanın müdri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva pullarını alıb ki, ”Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcək. Tərlan Bağırova və Aləmzar Əliyeva müəllimə və dayə kimi pul alıb işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açlışına gəlmək üçün səliqəli geyinmələrini də deyiblər. Təxminən 75 qadın da deyilən vaxt həmin bağçanın qarşısında olub. Amma onlar müəyyən ediblər ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Bundan sonra aldadıldıqlarını biliblər. Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurublar. Məsələ ilə bağlı ”Safay” uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova ilə əlaqə saxladıq. Adı çəkilən şəxs telefonda bildirdi ki, həmin şəxslərdən pulu o almayıb. Bağçanın qarşısına toplaşan zərərçəkmişlər ”102” xidmətinə də məlumat verdilər. Əraziyə gələn polis onların izahatlarının alınması üçün rayon polis idarəsinə dəvət etdi. Fakt Yasamal rayon polis idarəsində araşdırılır. BAKU.WS

Oxşar xəbərlər

Bakıda bağça satışa çıxarıldı (FOTO)

Bakıda bağça satışa çıxarıldı (FOTO)

Özəlləşdirmə proqramı çərçivəsində növbə təhsil müəssisələrinə də çatdı. BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda H.Ələsgərov, ev...

2177 İqtisadiyyat 09:07 14 aprel 2017

Son xəbərlər