Azərbaycanda ayı uşaq bağçasına hücum etdi
Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib.
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.
Ayı sonra uşaq bağçasının həyətinə daxil olub. Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb.
Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda canavar fermaya hücum etdi - FOTO
Bərdədə canavarlar fermaya hücum edib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Əyricə kəndində qeydə alınıb. Kənd sakini Hörmət Rüstəmovaya məxsus fermaya...