Qadının başına beton piltə düşdü – ŞOK VİDEO
12
may
2016
15:09
Sankt-Peterburqda video nəzarət kameraları küçədə uşaq gəzdirən qadının başına piltə düşmə anını qeydə alıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 11-də günorta saatlarında baş verib. 32 yaşlı ana binanın qarşısında arabada uşağı gəzdirərkən beton plitə qadının başına düşür. Qadın dərhal yıxılır və huşunu itirir.
Xoşbəxtlikdən hadisə zamanı uşaq xəsarət almayıb. Ağır kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisəyə güclü küləyin səbəb olduğu ehtimal edilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda xəstəxanada faciə baş verib: qadın özünü atdı
Sumqayıt Şəhər Xəstəxanasında intihar qeydə alınıb. BAKU.WS məlumat verir ki, bu haqda Sumqayıt Şəhər Polis Şöbəsindən "Qafqazinfo”ya məlumat verilib. Məlumata...