Bakıda ayı peyda oldu (FOTO)

Bakıda ayı peyda oldu (FOTO)
Hadisə 4214

 

Hazırda Zığ qəsəbəsi, Hövsan yolunun üstündə ayı peyda olub.

ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub. 

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda "supermen" sürücü peyda oldu (FOTO)

Bakıda "supermen" sürücü peyda oldu (FOTO)

Bakıda "peşəkar" sürücü peyda olub. BAKU.WS-in məlumatına görə, 4 nömrəli avtobusu idarə edən sürücünün şəkili sosial şəbəkələrdə böyük marağa səbəb olub. Əlin...

3644 Hadisə 17:25 02 mart 2016

Son xəbərlər