Paytaxt sakini intihara cəhd etdi, özünü dənizə atdı

Paytaxt sakini intihara cəhd etdi, özünü dənizə atdı
Hadisə 1370

  

Ötən gün Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 350 metr aralı, nəzarətsiz ərazidə) intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:18-də başa çatıb. 

BAKU.WS

Oxşar xəbərlər

Bulvarda daha bir intihar cəhdi

Bulvarda daha bir intihar cəhdi

Bakıda daha bir nəfər özünü dənizə ataraq intihara cəhd edib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Böhran Vəziyyətlərində...

1171 Hadisə 14:43 15 dekabr 2015

Son xəbərlər