Bakıda dəhşətli yol qəzası baş verdi: 3 nəfər öldü

Bakıda dəhşətli yol qəzası baş verdi: 3 nəfər öldü
Hadisə 2126

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər