Bakı-Sumqayıt yolunda qəza: hadisə yerinə xilasedicilər cəlb olunub

Bakı-Sumqayıt yolunda qəza: hadisə yerinə xilasedicilər cəlb olunub
Hadisə 1660

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ziya Səccad

BAKU.WS 

Oxşar xəbərlər

Bakı-Şamaxı yolunda dəhşət: ata və oğul yanaraq öldü

Bakı-Şamaxı yolunda dəhşət: ata və oğul yanaraq öldü

İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunu...

1733 Hadisə 09:06 26 oktyabr 2015

Son xəbərlər