Gecə Bakıda 8 nəfər yağış sularının cəngində qaldı
Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobildə köməksiz qalıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliynin saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb, nəticədə hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:43-də başa çatıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli yol qəzası baş verdi: 3 nəfər öldü
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyinin Bohran Vəz...