Azərbaycanda zavodda partlayış: 1 nəfər öldü, 2 nəfər yaralandı (RƏSMİ)
Azərbaycanda zavodda partlayış baş verib.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada baş verib.
FHN-ə partlayışın baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində yanğın baş veryib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Paytaxt sakini "Bulvar"da intihara cəhd etdi
Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. B...