Bakıda "supermen" sürücü peyda oldu (FOTO)

Bakıda supermen sürücü peyda oldu (FOTO)
Hadisə 3644

 

Bakıda "peşəkar" sürücü peyda olub.

BAKU.WS-in məlumatına görə, 4 nömrəli avtobusu idarə edən sürücünün şəkili sosial şəbəkələrdə böyük marağa səbəb olub. Əlində telefonla avtobus idarə edən sürücü fitri istedadını nümayiş etdirib. 

Həm Whatsapp-da yazışan, həm səsli mesajlara cavab verən sürücü, bununla yanaşı onlarla insanı mənzil başına çatdırır. Sərnişinlərdən birinin çəkdiyi foto sürücünün məsuliyyətsizliyini açıq-aşkar göstərir. 

Şəkil sosial şəbəkələrdə paylaşıldıqdan sonra sürücü istifadəçilərin tənqid atəşinə məruz qalıb. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər