Bakıdakı "Ayıq sürücü” xidməti qanunidirmi?

Bakıdakı Ayıq sürücü” xidməti qanunidirmi?
Sosial 5277

Azərbaycanda təxminən iki ildir ki, müxtəlif şirkətlər və fərdi şəxslər tərəfindən "Ayıq sürücü” xidməti göstərilir. İçkili olan vətəndaş avtomobili sərxoş halda idarə etmək istəmədiyi üçün bu xidmətə müraciət edir. Nəticədə sifariş verdiyiniz "Ayıq sürücü” sizi olduğunuz yerdən şəxsi avtomobilinizlə götürür və mənzil başına çatdırır. Ancaq burada bir sual yaranır. Bütün dünyada istifadə edilən bu "Ayıq sürücü” xidməti Azərbaycanda qanunidirmi?

Bu xidmət Avropa ölkələrinin qanunlarına uyğun olsada, Azərbaycan qanunlarına uyğunlaşırılmayıb. Çünki sürücünün adına baş etibarnamə "Generalnıy davernost” yoxdursa, o zaman "Ayıq sürücü” vətəndaşın avtomobilini idarə edə bilməz. Yəni vətəndaşın etibarnaməsi sadədirsə, onda o, maşının idarəedilməsini heç kimə tapşıra bilməz. Özü səhlənkarlıq edib, maşını kiməsə tapşırarsa belə, o zaman onun xahişinə əməl edən şəxs də qanun pozur.

Təəssüf ki, Azərbaycanda bu xidməti göstərən şirkətlər qanunun tələbinə əməl etmirlər. BAKU.WS-in əməkdaşı məsələni daha da dəqiqləşdirmək üçün "Ayıq sürücü” xidməti göstərən şirkətlə danışıb. Özünü müştəri kimi təqdim edib, bildirdik ki, bizə sürücü lazımdır. Olduğumuz ünvanı dedik və hazırda spirtli içki qəbul etdiyimizi xatırladaraq, maşınımızı lazım olan ünvana aparmaqları üçün sürücü sifariş etdik. Sürücünün əlində sadə etibarnamə olduğunu bildirdik. Taksi şirkətindən istəyimizi qəbul etdilər və burada heç bir problem olmayacağını dedilər:

-Alo, salam. Mənə sürücü lazımdır. Toydan çıxmışam, sərxoşam və avtomobil idarə edə bilmirəm. Mümkünsə məni evə aparsın.

- Hə. Problem yoxdur. Sürücümüz sizi hazırda olduğunuz yerdən gəlib götürəcək və mənzil başına çatdıracaq.

- Mənim avtomobilim adıma sadə etibarnamə ilə qeydə alınıb. Bu, problem yaratmaz?

- Xeyir, heç bir problem yoxdur.

Bu məqamda ağıla başqa bir sual da gəlir. Sifariş əsasında gələn "Ayıq sürücü” avtomobili idarə edərkən qəza edərsə necə olacaq?

Bu sualın cavabı isə çox sadədir. Azərbaycanda "Ayıq sürücü” xidməti qanunla tənzimlənmir və ona görə də xidmət göstərən şəxs qəza etsə belə heç bir məsuliyyət daşımır. Bu cür hadisələr yalnız, məhkəmə predmeti ola bilər. Yəni, məhkəməyə müraciət etməklə zərər çəkən şəxs haqqını tələb edə bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə bildirdilər ki, sadə etibarnamə ilə avtomobili idarə etmək üçün başqasına vermək qanun pozuntusudur. Hətta onu idarə edən şəxs qanunla oğru sayılır. Bu səbəbdən də, taksi şirkətləri əgər belə sifarişi qəbul edirlərsə, onlar qanuna hörmət etmirlər.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi sürücünün sərxoş olmasını bu 7 amillə müəyyənləşdirir

Yol polisi sürücünün sərxoş olmasını bu 7 amillə müəyyənləşdirir

Yol polisi əməkdaşı sərxoş sürücünü necə müəyyən edir? BAKU.WS əməkdaşı artıq bir neçə ildir ki, təqaüdə çıxmış yol polisi ilə görüşərək bu sualın cavabını ta...

3203 Sosial 17:30 20 noyabr 2015

Son xəbərlər