Fəzail Ağamalının oğlu: "Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə faktlar var".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.
O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:
"Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyəm".
Oxşar xəbərlər
Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün h...