Türkiyədə onlarla tibb işçisi qidadan zəhərlənib
26
okt
2025
18:08
ürkiyənin Aydın vilayətində Atatürk Dövlət Xəstəxanasının 60 tibb işçisi zəhərlənib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onlar qida zəhərlənməsi şübhəsi ilə işlədikləri xəstəxananın təcili xidmətinə müraciət etməli olublar.
Qeyd edilir ki, xəstəxana işçiləri nahardan sonra ürəkbulanma, qusma və ishaldan şikayətlənməyə başlayıblar. Məlum olub ki, halı pisləşən işçilər günorta yeməyi zamanı əsasən toyuq və toyuq məhsulları yeyiblər.
Fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb
Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Mazano...