Bakıda sürücü bir-neçə saniyədə iki maşını əzdi (VİDEO)

Bakıda sürücü bir-neçə saniyədə iki maşını əzdi (VİDEO)
Video
Hadisə 1764

 

Bakıda qəza edən sürücü hadisə yerindən qaçmaq istəyib. 

BAKU.WS-in məlumatına görə, BMW markallı avtomobil paytaxtın Yasamal rayonunda ardıcıl olaraq iki avtomobillə toqquşub. Qəza anı video registrator tərəfindən qeydə alınıb. BMW avtomobilinin sürücüsü arxaya manevr etməyə çalışarkən qəsdən bir avtomobili vurur.

Kadrlardan da göründüyü kimi sürücü bu qəzanı bilərəkdən törədir. Qəza baş verən zaman sürücünün üzündə təbəssüm olması da diqqətlərdən yayınmır. İşıqfora çatandan sonra bir digər avtomobillə toqquşan BMW bir neçə saniyədə aləmi bir-birinə qatır. 

Akim Abbasov küçəsində nə baş verdiyini anlamaq çətindir. Kadrlarda görünür ki, onlarla şahid olmasına baxmayaraq sürücü qəza yerini tərk etməyə çalışıb. İstisna edilmir ki, sürücü sükan arxasında sərxoş halda əyləşib. 

Tofiq Babayev

Video: Rufiz Samedzadə

BAKU.WS

Oxşar xəbərlər

Bakı küçələrinin özbaşına sürücüləri (VİDEO)

Bakı küçələrinin özbaşına sürücüləri (VİDEO)

Bakıda yol qaydalarına uyğun hərəkət edə bilməyən qəzəbli sürücülərin videoları yayılıb. BAKU.WS redaksiyasına daxil olan görüntülərdən sürücülərin kobud qayd...

1736 Sosial 16:28 09 oktyabr 2015

Son xəbərlər