Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi - VİDEO

01
iyn
2019
20:45
Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb. BAKU.WS AZXEBER.COM xəbər-a istinadən xəbər verir ki, videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb. O video haqda yazıb: "Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.Biri bu gün "uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu videoyla təbrik edirəm, mübarək olsun!” Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır: Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”. Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Bu gün uşaqların GÜNÜDÜR
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu barədə 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərar qəbul edilib. Həmin gün təşkil olunan “Qadınl...
