Nazirlik yoxlama apardı, idarə rəisi işdən çıxarıldı

19
apr
2019
16:46
Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa Gülüşov işdən azad olunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb. Belə ki, Maliyyə Nazirliyi tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dözlət qulluqçusu vəzifəsinə xitam verilib. Qeyd edək ki, H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində hallanıb.
Oxşar xəbərlər
AzTV-də böyük dəyişiklik - kadrlar kütləvi şəkildə işdən çıxarılır
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyət...
