Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
Hadisə 1597
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, onun yerinə Ələddin Eyvazov təyin olunub.Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.Əldə etdiyimiz məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.BAKU.WS

Oxşar xəbərlər

Dövlət xidmətinə yeni rəis təyin edildi

Dövlət xidmətinə yeni rəis təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib.BAKU.WS xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat kati...

2451 Hadisə 13:45 29 may 2018

Son xəbərlər