Yeni rəis təmizləmələrə başladı
03
may
2018
21:49
Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.DMX-dəki mənbələrdən virtualaz.org-a verilən məlumata görə, artıq miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi iderəsinin rəisi Mehman Səfərov işdən çıxarılıblar.Bundan savayı, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisi vəzifələrindən azad olunublar.Qeyd edək ki, DMX ən korrupsiyalaşmış dövlət strukturlarından hesab edilirdi. Hələ 2015-ci ildə haqqin.az bu dövlət xidmətində qohumbazlıq hallarını ifşa edən “Nazirlik, yoxsa Ailə Klondaykı” başlıqlı yazı ilə çıxış etmişdi.BAKU.WS
Oxşar xəbərlər
Yeni rəis generalın əmisi oğlunu işdən çıxardı - Vüsal Hüseynovdan əmr
Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.V.Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi...