Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldı
26
dek
2017
10:38
Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.BAKU.WS modern.az-ə istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.BAKU.WS
Oxşar xəbərlər
Fazil Məmmədov rəhbər şəxsi işdən çıxardı
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. "Report" xəbər verir ki, Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.Məlumatda dey...