Nazir prezidentin tapşırığından sonra yeni qurum yaratdı
25
dek
2015
13:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Nazirliyin Analitik-informasiya departamentindən BAKU.WS-ə verilən məlumata görə, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub. Şahin Həbibov BAKU.WS
Oxşar xəbərlər
Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıxovun oğlu Vergilər Nazirliyində yeni vəzifəyə gətirlib. BAKU.WS azvision.az saytın...