Azərbaycanda borcların məcburi alınması idarəsi yaradılıb
Vergilər Nazirliyi vergi cinayətləri ilə mübarizə məqsədi ilə qurumun daxilində yeni idarələr yaradılıb.
BAKU.WS Vergilər Nazirliyinə istinadən məlumat verir ki, struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb.
Baş İdarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prossesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.
Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb.
Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahiddir və onunla hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 81 iş adamı saxlanılıb
Bu il 81 iş adamı şübhəli şəxs qismində tutulub. BAKU.WS-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departa...