Azərbaycanda 81 iş adamı saxlanılıb

Azərbaycanda 81 iş adamı saxlanılıb
Hadisə 1828

Bu il 81 iş adamı şübhəli şəxs qismində tutulub. BAKU.WS-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin rəisi Zeynalabdin Məmmədzadə açıqlamasında bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslər cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayılan və ya araşdırmaya maneçilik törətməkdə şübhəli bilinirlər.

Saxlanılanlardan 43 iş adamı barəsində məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilib.

BAKU.WS xəbər verir ki, Zeynalabdin Məmmədzadənin bu barədə verdiyi açıqlamaya görə, 2015-ci ilin 8 ayı ərzində 162,6 milyon manat məbləğində vergi ödəməkdən yayınma olub. Bu səbəbdən 1394 vergi ödəyicisi barəsində cinayət işi açılıb. Cinayət işlərindən 444 məhkəməyə göndərilib. Ziya Səccad

BAKU.WS

Son xəbərlər