Baş prokuror: “12 nəfər cinayət başında yaxalanıb”

Baş prokuror: “12 nəfər cinayət başında yaxalanıb”
Hadisə 1480

"Korrupsiyaya qarşı mübarizə üzrə görülən sistemli və kompleks tədbirlər içərisində təşkilati və institusional islahatlar xüsusilə əhəmiyyətli olub. Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam edib”. BAKU.WS-in məlumatına görə, bu fikirlər Azərbaycanın baş prokuroru Zakir Qaralovun "Azərbaycan” qəzetində dərc olunan məqaləsindəndir. Baş prokuror yazıda bildirib ki, 2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılıb ki, onlardan 5951 müraciət qurumun "Qaynar xətt” əlaqə mərkəzinə daxil olub: "Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılmışdır ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olmuşdur. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanmışdır. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır. 2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olmuşdur ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilmişdir. 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılmışdır ki, onlardan 3414 müraciət qurumun "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuşdur. Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılmışdır ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olmuşdur. Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır”. BAKU.WS

Oxşar xəbərlər

Prezident prokurorluq işçilərini mükafatlandırıb

Prezident prokurorluq işçilərini mükafatlandırıb

"Prokrorluq işçilərinin peşə bayramı münasibət ilə cənab prezident bir sıra əməkdaşımızı mükafatlandırıb. Bu, prokrorluq işçilərinə göstərilən etimzaddır". BA...

1095 Hadisə 10:50 01 oktyabr 2015

Son xəbərlər