İşıq pulu yığanın 30 minlik “oyun”u

İşıq pulu yığanın 30 minlik “oyun”u
Hadisə 1333

  "Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub.

O, vəzifədən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə "Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurub. Bu əməllərdə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qadın müdirdən 40 minlik cinayət

Azərbaycanda qadın müdirdən 40 minlik cinayət

"Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yan...

1601 Hadisə 17:00 29 sentyabr 2015

Son xəbərlər