Azərbaycanda qadın müdirdən 40 minlik cinayət
"Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. BAKU.WS-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, araşdırmalarla filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil etdiyi məlum olub. Beləliklə də, vəzifə saxtakarlığı etməklə Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40.0 min ABŞ dolları məbləğində pulu mənimsəyib. Faktla görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
“AMAY” Abdulla 13 il müddətinə azadlıqdan məhrum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov,...