Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıxovun oğlu Vergilər Nazirliyində yeni vəzifəyə gətirlib.
BAKU.WS azvision.az saytına istinadən xəbər verir ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə Məhəmməd Nəcməddin oğlu Sadıxov nazirin müşaviri təyin olunub.
Qeyd edək ki, Məmməd Sadıxov əvvəl Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov bir müddət əvvəl medianın gündəminə polislə mübahisəsinə görə gəlmişdi. 10 NP 020 dövlət nömrə nişanlı "Range Rover”lə qaydanı pozan Məhəmməd Sadıxovu yol polisi Cavanşir Qasımov saxlasa da, onun polisi təhqir edərək hücum etməsi ilə bağlı məlumat yayılmışdı. Bu qalmaqal isə Cavanşir Qasımovun işdən çıxarılması ilə nəticələnmişdi.
BAKU.WS
Oxşar xəbərlər
Nazir təyin olunduğu iddia olunan sədr barədə rəsmi məlumat
Ötən gündən başlayaraq kütləvi informasiya vasitələrində Vergilər Nazirliyində dəyişiklik edilməsilə bağlı informasiyalar yayılıb. BAKU.WS-in məlumatıan görə,...