Ramil Usubov deputat oğlunun yerinə yeni rəis təyin etdi
05
noy
2015
15:45
Daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edib.
BAKU.WS-in aznews.az-a istinadən verdiyi məlumata görə, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərov gətirilib. Qəhrəman Qələndərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavini idi. Qeyd edək ki, bir necə gün öncə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayılmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı
Daxili işlər naziri Ramil Usubovun əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncam...