Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı

Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı
Hadisə 2282

Daxili işlər naziri Ramil Usubovun əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. 

BAKU.WS-in aznews.az saytına istinadən verdiyi məlumata görə, Elşad Məmmədov millət vəkili, nazirlə yaxın münasibətləri ilə seçilən Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır. Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Yol Polisi Şöbəsində ciddi qanun pozuntularıyla bağlı məlumat yayımlamışdı. Elman Məmmədov xəbəri təsdiqləyib. O, açıqlamasında deyib ki, oğlu işdən öz ərizəsi ilə çıxıb: "Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun". BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi

Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik...

4181 Hadisə 11:21 24 oktyabr 2015

Son xəbərlər