Fazil Məmmədov rəhbər şəxsi işdən çıxardı
21
sen
2017
12:00
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. "Report" xəbər verir ki, Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.BAKU.WS
Oxşar xəbərlər
Prezident vergilər nazirinə yeni vəzifə tapşırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 200...