Ramil Usubov tıxaca görə rəisi işdən qovdu

Ramil Usubov tıxaca görə rəisi işdən qovdu
Sosial 17944
 

Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib.

BAKU.WS xəbər verir ki, avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.

Əldə etdiyimiz məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır. Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib.

Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

Nərimanov rayon Polis İdarəsinə yeni rəis təyin olundu

Nərimanov rayon Polis İdarəsinə yeni rəis təyin olundu

Bakının Nərimanov rayon Polis İdarəsinə yeni rəis təyin olunub. Trend-ə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, daxili işlər naziri, general-polko...

5158 Siyasət 11:08 05 avqust 2016

Son xəbərlər