Ramil Usubovdan yeni rəis təyinatları

Ramil Usubovdan yeni rəis təyinatları
Siyasət 2910

 

Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib. 

O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmrlə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.

BAKU.WS

Oxşar xəbərlər

Nazir deputatın oğluna yeni vəzifə verdi

Nazir deputatın oğluna yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müva...

3083 Sosial 19:51 16 mart 2016

Son xəbərlər