Nazir deputatın oğluna yeni vəzifə verdi
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Suraxanı rayon Polis İdarəsinin əməliyat işləri üzrə rəis müavini Akif Nəzərli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Qurbanov öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tutduğu vəzifədən azad edilərək 33-cü Polis Bölməsinin rəisi, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilərək 30-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
E. Qazıbəyovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, təqaüdə göndərilən A. Nəzərli 2014-cü ilin fevralında yaşadığı evin qarşısında əvvəllər məhkum olunmuş Gülağa Lətifov tərəfindən güllələnib. Uzun müddət müalicə alan rəis müavini işə qayıtdıqdan bir il sonra təqaüdə göndərilib.
33-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alan Tuncay Abbasov isə deputat Aqil Abbasın oğludur.
Oxşar xəbərlər
Ramil Usubovdan yeni təyinatlar
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib. BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovn...