Eldar Mahmudovun əmisi oğlunun yerinə yeni rəis təyin olundu (EKSKLÜZİV)
İşdən azad olunan Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun əvəzinə yeni təyinat olub.
BAKU.WS-in məlumatına görə, Səbail rayon Polis İdarəsinə polis polkovniki Əli İbrahimov təyin olunub. Yeni rəis yaxın günlərdə şəxsi heyətə təqdim olunacaq. Qeyd edək ki, idarənin keçmiş rəisi İlqar Mahmudov təqaüdə göndərilib. İlqar Mahmudov vəzifədən kənarlaşdırılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Səbail rayon Polis İdarəsinin yeni rəisi polis polkovniki Əli İbrahimov isə Neftçala rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov deputat oğlunun yerinə yeni rəis təyin etdi
Daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edib. BAKU.WS-in aznews.az-a istinadən verdiyi məlumata gö...