Kəmaləddin Heydərov onları işdən çıxardı

Kəmaləddin Heydərov onları işdən çıxardı
Siyasət 3526
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.BAKU.WS “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bayramov qurumdan öz istəyi ilə ayrılmayıb. O, nazir Kəmaləddin Heydərovun göstərişi ilə işdən çıxmaq barədə ərizə yazıb. Səbəb isə yol verdiyi nöqsanlar olub.Daha bir məqam isə Oqtay Bayramovla yanaşı FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevin də vəzifəsindən azad olunmasıdır. O, eyni zamanda Kəmaləddin Heydərovun köməkçisi idi.Qeyd edək ki, oktyabrın əvvəlində FHN-də 6 saat davam edən iclas keçirilib və sözügedən iclasdan sonra bəzi şəxslərin işdən uzaqlaşdırılması barədə qərar qəbul olunub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər