Prezident tapşırıq verdi: Kəmaləddin Heydərov fövqəladə görüş keçirir
Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında hazırda Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə növbədənkənar görüş keçirilir.
"Qafqazinfo”ya daxil olan məlumata görə, toplantı ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı verdiyi kəskin xəbərdarlıqlardan sonra reallaşıb.
Məlumata görə, prezidentin Bakıda həyata keçirilən tikinti işləri ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişləri var. Həmin göstərişlərə əsasən qeyd olunan neqativ hallar aradan qaldırıldıqdan sonra əhalinin tikintidən yararlanması üçün əlverişli şəraitin yaradılacağı gözlənilir. Belə ki, qiymətlərin yarıbayarı aşağı düşəcəyi bildirilir. Hətta Bakının müxtəlif əraziləri üzrə tikintilərin kvadratmetrinin hansı qiymətlə satılacağı da müəyyənləşdirilib.
Elə bu tədbirlər çərçivəsində bu gün qeyd etdiyimiz kimi, FHN-də fövqəladə görüş başlayıb. Məlumat üçün bildirək ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkədə tikinti sektorunda iş adamlarının əsas narazılıq etdiyi qurumlardan biri olub. Məhz bu gün tədbirdə iştirak edən agentliyin rəisi Cəbrayıl Xanlarovla iş adamları arasında gərginlik yaşanıb. Sahibkarlar nazirin şəffaflığın təmin olunması və bundan sorna heç bir maneənin olmayacağı ilə bağlı vədindən sonra Cəbrayıl Xanlarovun indiyə qədər yaratdığı problemləri açıq şəkildə ifadə edərək nazirin diqqətinə çatdırıblar.
Kəmaləddin Heydərov isə artıq hər bir çətinliyin geridə qaldığını, bundan sonra iş adamlarına əsas qarantın dövlət başçısı tərəfindən verildiyini qeyd edib. Görüş hazırda davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Flora Kərimova üçün mahnı bəstələdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib. BAKU.WS məlumat verir ki, bu barədə AzNews.az-a nəğməkar şair Ba...