"Günəşli" yanğınını söndürən mərhum gəmi kapitanı dəfn olundu (FOTO)

Günəşli yanğınını söndürən mərhum gəmi kapitanı dəfn olundu (FOTO)
Hadisə 1331

 

"Vixr-9” gəmisinin komandiri bu gün dəfn edilib. 

BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmanlıqla iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin "Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 8-də ürək çatışmazlığından vəfat etmişdir. Vyaçeslav Kryuçkov dekabrın 9-da dəfn edilib.

Dəfn mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, habelə nazirliyin şəxsi heyəti, daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov iştirak edib.

Allah rəhmət eləsin!

BAKU.WS

Son xəbərlər