Neftçilərin meyitlərinin dənizdən çıxarılma əməliyyatı (ŞOK GÖRÜNTÜ +18)
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat dekabrın 7-də keçirilib. Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir. Qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
40 günlük körpə qızı qalan neftçi dəfn olunur (FOTO)
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həyatını itirən neftçilər bu gün dəfn olunacaq. BAKU.WS-in məlumatına görə, bu gün neftçi Mikay...