Dənizdən cəsədləri çıxarılan neftçilərin adları açıqlandı (SİYAHI)

Dənizdən cəsədləri çıxarılan neftçilərin adları açıqlandı (SİYAHI)
Hadisə 1347

4 dekabr 2015-ci il tarixində "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılmış və sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Bunlar Tağıyev Fuad Tahir oğlu, Mahmudov Ağa İzzət oğlu, Quliyev Fəxrəddin Xancan oğlu, Babayev Mikayıl İsmayıl oğlu, Mayılov Samir Cahangir oğlu və İsgəndərov Habil Tağı oğlunun cəsədləridir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Ziya Səccad

BAKU.WS

Son xəbərlər