6 neftçinin meyiti dənizdən çıxarıldı
07
dek
2015
15:55
Qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqdır. Axtarış əməliyyatı davam etdirilir.
Əlavə məlumat veriləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dənizdən daha bir cəsəd çıxarıldı: "Günəşli" yatağındakı faciədə ölənlərin sayı ikiyə çatdı
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə...