Kəmaləddin Heydərovun istefa ərizəsi yazması xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

Kəmaləddin Heydərovun istefa ərizəsi yazması xəbəri ilə bağlı rəsmi AÇIQLAMA
Siyasət 17699

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı barədə yayılan məlumat tamamilə yalandır.

BAKU.WS-in məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib. Nazirlik rəsmisi deyib ki, bu məlumatların  heç bir əsası yoxdur:

"Nazirlik olaraq mətbuatı dövlət qurumları haqqında məlumat yayarkən diqqətli olmağa dəvət edirik”.

10may.az saytının yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Saytın iddiasına görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi bildirilib. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı bildirilib. Elə bu səbəbdən də onun "Gilan” holdinqdən imtina etdiyi də qeyd edilir.

BAKU.WS

Oxşar xəbərlər

Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”

Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”

Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkç...

2164 Siyasət 17:41 22 iyun 2017

Son xəbərlər