Kəmaləddin Heydərov vətəndaşları dinləyəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 fevral 2016-cı il tarixində Ağsu şəhərində, Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulda yalnız Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) 24 fevral 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yollar buz bağladı, yük maşını aşdı (FOTO)
Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının...