Flora Kərimovanın qabırğası sındı
Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb.
BAKU.WS-in məlumatına görə, sənətkar Ans press-ə açıqlamasında, iki gün əvvəl bağ evinin həyətində yıxılılaraq qabırğasını əzdiyini bildirib. "Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək". Bu, Flora xanımın ilk sınığı deyil. Canlı karifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı. Allahdan Flora Kərimovaya tezliklə şəfa diləyirik Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Aytacın bacısı: “İzzət onu öldürməzdən öncə dəfələrlə döyüb, söyüb”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə növbəti...