Gülnarə Kərimovanın İsveçrədəki bank hesabları donduruldu
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrənin müxtəlif banklarında olan hesabları dondurulub.
BAKU.WS xəbər veriri ki, İsveçrə Federal Prokurorluğunun tələbi əsasında məhkəmənin qəbul etdiyi qərara görə, prezident qızının 800 milyon frank puluna əl qoyulub. Kərimova çirkli pulları yumaq və korrupsiya əməliyyatlarına qarışmaq iddiası ilə üz-üzədir.
Kərimova haqqında xüsusilə, Özbəkistanda telekommunikasiya tenderlərində korrupsiya əməlləri şübhəsiylə bu qərar qəbul edilib.
Gülnarə Kərimova Cenevrə Birləşmiş Millətlər Təşkilatında Özbəkistanın daimi nümayəndəsi olaraq çalışdığı üçün diplomatik toxunulmazlıq hüququ var. İsveçrə prokurorluğu Kərimovanın vəzifəsindən sui-istifadə etdiyini və cinayət əməllərinə görə toxunulmazlıq hüququndan istifadə etdiyini bildirib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dolların bahalaşmasının səbəbi bilindi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bir müddət öncə açıqladığı sənədlərdə "faizlərin artılacağı istisna edilmir" ifadəsi valyuta bazarına təsir edir. B...