Bu ölkə dünya saat qurşağından imtina etdi
Şimali Koreya dünyada qəbul olunmuş standart saat ölçünü dəyişdirəcək.
BAKU.WS-in məlumatına görə, Şimali Koreya yeni saat sisteminə İkinci Dünya Müharibəsi zamanı (15 avqust 1945-ci ildə) Yaponiyanın işğalından xilas olmalarının 70-ci il dönümündə keçəcək.
Koreyada "Pxenyan Saat Zolağı"ı adlanan yeni saat ölçüsünü tətbiq etməklə Yaponiyanın müstəmləkəsi olduğu dövrdən qalan son izləri də siləcəklərini güman edirlər. Cənubi Koreya Şimali Koreyanın bu qərarının sərhəd qəsəbələrində çaşqınlıq yaradacağını iddia edir.
Şimali Koreyanın istifadə edəcəyi saat dünyada qəbul olunmuş saatdan 30 dəqiqə geri olacaq. Bu qərar Koreya yarımadasında hələ 1908-ci ildə qəbul edilmişdi. Hazırda Şimali Koreya, Cənubi Koreya və Yaponiyada tətbiq olunan ortaq saat qurşağı Yaponiyanın 1910-cu ildən 1945-ci ilə qədər Koreya yarımadasını işğalı əsnasında tətbiq edilməyə başlayıb.
Cənubi Koreya daha praktik olduğu və beynəlxalq tətbiqlərə uyğun gəldiyi üçün Yaponiya ilə eyni saat ölçüsünü istifadə etdiyini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreya öz saat qurşağına malik tək ölkə deyil. Sabiq Venesuela prezidenti Huqo Çavez 2007-ci ildə "gün işığını xalqa bərabər şəkildə paylamaq məqsədiylə" saatların yarım saat önə alınmasına qərar vermişdi.
BAKU.WS
Oxşar xəbərlər
Anar Bayramoğlu: "O dünyada görüşənədək, qızım..."
Bir ildir artıq bizi tərk etdiyin. Mən sənin haqqında "öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, gül üzlü mələyim. Ona görə də "tərk etdi” ifadəsini deyirəm...